Bu il Almaniyanın Hokkenhaym avtodromunda "Formula 1" yarışı keçirilməyəcək. 

Unikal.org-un məlumatına görə, bu barədə "Autosport" nəşrinə avtodromun direktoru Yorn Teske məlumat verib. 

Almaniya tərəfi Qran-priyə ev sahibliyi etmək niyyətində olsa da, sonradan razılıq əldə olunmayıb. Buna azarkeş sayının məhdudlaşdırılması səbəb göstərilib. 

Nəşr iddia edir ki, Nürburqrinq avtodromunun rəhbərliyi hazırda "Formula 1"lə danışıqları davam etdirir. Lakin bu, avtodrom üçün iqtisadi əhəmiyyət kəsb etməlidir.

Qeyd edək ki, bu il 5 - 7 iyunda Bakıda keçirilməli olan Azərbaycan Qran-prisi ləğv edilib.