Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin deputatı Tahir Mirkişili iyulun 25-də seçiciləri ilə onlayn görüş keçirib.

Unikal.org xəbər verir ki, videokonfrans şəklində keçən görüşdə seçiciləri maraqlandıran məsələlər müzakirə olunub. Həmçinin onların müraciətləri dinlənilərək, qeydə alınıb. 

Müxtəlif sosial məsələlər üzrə müraciət edən seçicilərin qaldırdıqları problemlərin həlli üçün müvafiq işlərin görüləcəyi vurğulanıb.