İngiltərənin “Tottenhem” klubu gənc müdafiəçisi Cafet Tanqanqa ilə müqavilənin müddətini uzadıb.

Unikal.org xəbər verir ki, 21 yaşlı futbolçu paytaxt klubu ilə 5 illik müqaviləyə imza atıb. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonuna kimi idi.
Qeyd edək ki, İngiltərənin gənclərdən ibarət yığmasının da üzvü olan Tanqanqa “Tottenhem”in öz yetirməsidi.