Amerika rok musiqinin əfsanəsi, mərhum müğənni Cimi Hendriksin gitarası hərracda 216 min dollara satılıb.

Unikal.org xəbər verir ki, satış onlayn olaraq “GWS” hərrac evində keçirilib.

Bundan əlavə, müğəni Elvis Presliyə aid qızıl üzük, Prinsin bənövşəyi çəkmələri və pop kralı Maykl Ceksonun pencəyi də yüksək məbləğdə satılıb.