Rusiyanın Krasnodar vilayətində L-39 təlim təyyarəsi qəzaya uğrayıb.

Unikal.org  Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qəzadan öncə hər iki pilot uğurlu katapult edərək sağ qalmağı bacarıb, xəsarət almayıblar.

Bildirilib ki, təyyarə insanların olmadığı əraziyə düşüb və yerdə hər hansı dağıntıya səbəb olmayıb.

Qəzanın səbəbləri araşdırılır.