Hindistanın “Bharat Biotech” şirkəti tərəfindən ərsəyə gətirilən koronavirusa qarşı Covaxin adlı peyvənd dərmanının klinik sınaqlarının birinci mərhələsi uğurla keçir.

Unikal.org  xəbər verir ki, sınaqlar 12 şəhərdə bütövlükdə 375 könüllü üzərində aparılır.

Paytaxt Nyu-Dehli yaxınlığındakı Rohtak şəhərində yerləşən tibb institutunda keçirilən tədqiqatların rəhbəri Savita Verma bildirib ki, dərman təhlükəsizdir: "Biz könüllülərin heç birində hər hansı mənfi əlamət müşahidə etməmişik”.

Onun sözlərinə görə, bundan sonra könüllülərə ikinci doza verilərkən dərmanın immun sisteminə təsirini yoxlamaq üçün qan nümunələri toplanacaq.

Sınaqların ilk mərhələsinin ayın sonunda yekunlaşacağı bildirilir.