İyunun 30-dan etibarən fəaliyyət göstərən Rəqəmsal Kredit Platforması vasitəsi ilə 500 mln manat məbləğində yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulub.

Unikal.org xəbər verir ki, bunu  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, artıq iyul ayının 25-dən sahibkarlara kreditin alınması ilə bağlı eyni vaxta 3 bank seçmək imkanı verilir.