Prezident Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı daha bir sərəncam verib.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, Mətin Balasən oğlu Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovdur. Xatırladaq ki, 45 yaşlı Mətin Eynullayev 2017-ci ildə Təhsil nazirinin müavini, 2018-ci ildən isə Vergilər nazirinin müavini işləyib.  Hazırda Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edir.