“Mərhələli şəkildə yumşalmaya getməyimiz davam edir. Müşahidə edirsiniz ki, yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir”.

Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu heç də o demək deyil ki, qaydalara riayət etməməliyik: “Hər bir vətəndaş qaydalara əməl etməlidir”.