Səbail rayon Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması bağlı istintaq orqanını təqdimatına baxılıb.

Unikal.org xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə  istintaq orqanını təqdimatı təmin olunub.

Qərara əsasən,  Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb

Qeyd edək ki, Mahir Quliyev bu ilin aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.