Əfsanəvi Dieqo Maradona karyerasını La Liqada davam etdirə bilər.

Unikal.org-un məlumatına görə, yeni mövsümdən yüksək dəstədə çıxış edəcək “Elçe” argentinalını baş məşqçi postuna gətirmək istəyir.

Klubun argentinalı sahibi Kristian Bqaranik həmyerlisini komandasına gətirməyin təşəbbüskarıdır. Maradona hazırda vətənində “Ximnasiya Esqrima”nı çalışdırır.

“Elçe” bir müddət əvvəl baş məşqçisi Xose Roxo Martinlə yollarını ayırıb. 52 yaşlı mütəxəssis komandanı La Liqaya çıxardıqdan sonra postunu tərk edib.