İranın İlam əyalətində xlor balonunun partlaması nəticəsində xəsarət alanların sayı 217 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, partlayış yük avtomobilinin xlor balonlarını daşıdığı zaman baş verib.

***22:47

İranın qərbində güclü partlayış baş verib.

Unikal.org-un "TASS"a istinadən verdiyi məlumata görə, xlor balonunun partlaması nəticəsində təxminən 120 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə yerində xilasedicilər işləyir, vəziyyət nəzarət altındadır.