Ermənistanda daha 188 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 649-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 895-ə çatıb. İndiyədək 39 823 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 3 656 aktiv koronavirus xəstəsi var.