İtaliyanın "İnter" klubu yeni transferini açıqlayıb. 

Unikal.org Milan təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Milan təmsilçisi "Roma"nın futbolçusu Aleksandar Kolarovu heyətinə qatıb. 

35 yaşlı cinah müdafiəçisi ilə imzlanan müqavilənin detalları açıqlanmayıb. İtaliya mətbuatı serbiyalı oyunçu ilə 1+1 illik sözləşmə bağlandığını yazıb. O, ildə 3.5 milyon avro qazanacaq. 

Qeyd edək ki, Aleksandar Kolarov "Roma"da 2017-ci ildən çıxış edib.