Xalq yazıçısı Çingiz Abdullayev rus dilində təhsillə bağlı müzakirələr haqda daha bir açıqlama verib.

Unikal.org xatırladır ki, bir neçə gündür Azərbaycanda rus dilində təhsilin ləğv olunması haqda müzakirələr gedir. Ç. Abdullayev isə bunun yanlış olduğunu, ölkənin inkişafı, xaricdə tanıdılması baxımından rus dilini öyrənməyin əhəmiyyətli olduğunu bildirmişdi. Onun bu mövqeyi və xüsusilə açıqlamasına “Hörmətli yerli cahillər” ibarəsi ilə başlaması sosial şəbəkələrdə kəskin tənqid olunurdu.

Bunlardan sonra Ç. Abdullayev daha bir açıqlama ilə çıxış edib: “Əziz dostlarım! Hər kəsdən xahiş edirəm ki, "Mankurt" sözünü işlətməsin! 

Məsələ burasındadır ki, Çingiz Aytmatov bu romanı rus dilində yazmışdır. Yalnız ruz dilində yazırdı! 

Mən düşünürəm ki, rus dilini öyrənənlərin hamısı bizim düşmənlərimizdir. Bağışlayın!”.