Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 4 422 yoluxma halı qeydə alınıb, 27 nəfər ölüb. Bu, 8 maydan etibarən göstərilən ən yüksək göstəricidir. 

Unikal.org xəbər verir ki, Britaniyada indiyədək COVID-19-a yoluxanların sayı 390 358 nəfərə çatıb.

Ölkədə koronavirusdan ölənlərin sayı 41 759 nəfərdir.