Ukraynada baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin son məlumatında qeyd olunub.

Məlumata görə, təyyarənin göyərtəsində 27 nəfər olub. İnsident nəticəsində onlardan 25 nəfəri dünyasını dəyişib.

xxx

23:49

Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer qəza zamanı 22 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını, 4 nəfərin isə taleyinin naməlum olduğunu bildirib. 

23:14

xxx

Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, təyyarənin göyərtəsində kursantların olduğu bildirilir. Hadisə yerli vaxtla 20:45-də Çuquyev şəhəri yaxınlığında baş verib. Təyyarədə Xarkov Hava Qüvvələri Universitetinin kursantlarının təlim uçuşunun həyata keçirildiyi deyilir.

Aviaqəza nəticəsində ölənlərin və xəsarət alanların olduğu qeyd olunub. Məlumata görə, qəzaya uğrayan təyyarədə 23 nəfər – 5 ekipaj üzvü və 18 kursant olub. Ölkənin Daxili İşlər Nazirliyi insident nəticəsində 18 nəfərin öldüyünü, 2 nəfərinsə ağır yaralandığını təsdiqləyib.