“Bu regionda davamlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir”.

Unikal.org-un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışında çıxışı zamanı deyib.

“Ermənistan hakimiyyətini hər şeyi bir kənara qoyub, təkidlə Türkiyəyə böhtan atmaq cəhdləri də xilas etməyəcək. Bu quldur dövlətə dəstək verənləri bəşərin vicdanı qarşısında hesab verəcəkləri barədə xəbərdar edirəm. Rəbbim azərbaycanlı qardaşlarımızın yar və yardımçısı olsun!”, - deyə Ərdoğan qeyd edib.