"Bu gün Azərbaycanın həmrəyliyi, xalqın Prezidentin ətrafında birləşməsi ölkəni gözü götürməyən dövlətləri narahat edir".

Unikal.org xəbər verir ki, bunu deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ehtiyac qalmayacaq:

“Bu istiqamətdə də iş gedir. Digər tərəfdən, hər gün Rusiyanın dövlət kanallarında ermənipərəst qüvvələr və ermənilər antiazərbaycan mövqeyindən çıxış edir. Bununla bağlı iş görülməlidir. Mənim Makrona gücüm çatmır. Rusiyada yaşayan azərbaycanlılara müraciət edirəm ki, gedib o televiziya kanallarına müraciət edin, söz alın, çıxış edin. Hər şeyi Prezidentin üstünə atmaq olmaz. Hətta Şahnazaryan o gün çıxışında dedi ki, mən Prezident İlham Əliyevin güclü çıxışının qarşısında Paşinyanın erməni xalqını gülünc günə qoymasına əsəbiləşirəm. Həqiqətən də Rusiyada yaşayan azərbaycanlılar aktiv olmalı, ekranlara çıxmalıdırlar”.