İranda koronavirusa yoluxanların sayı oktyabrın 1-i günorta saatlarınadək 461.044, virus qurbanlarının sayı isə 26.380 nəfərə çatıb.

Unikal.org-un xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyinin məlumatında bildirilir. Qeyd olunub ki, təkcə son 24 saatda 3825 yeni şəxsə COVID-19 diaqnozu qoyulub və onlardan 1925-i xəstəxanaya yerləşdirilib.

Həmin müddətdə 211 nəfər xəstəliyin qurbanı olub. Hazırda ölkə üzrə ümumilikdə 4121 xəstənin vəziyyəti ağırdır.

Məlumata görə, hazırda İranda 158 şəhər “qırmızı zona"ya daxil olub və Qərbi Azərbaycan, Ərdəbil, Əlborz, İlam, Çaharmahal və Bəxtiyari, Xuzistan, Kirmanşah, Kürdüstan, Mazandaran və Hormozqan vilayətlərində qırmızı kateqoriyaya daxil olan şəhərlərin sayı artmaqdadır. 

Hazırda İran COVID-19-la mübarizə aparan ölkələrin siyahısında yoluxma hallarına görə dünyada 13-cü, ən çox ölüm sayına görə 10-cu, ən çox koronavirus xəstəsi ilə böhranlı vəziyyətdə olan 4-cü ölkədir.