ABŞ prezidenti Donal Trampın baş məsləhətçisi Stiven Miller yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, S.Miller bildirib ki, o son 5 günü məsafədən işləyib və onun testlərinin nəticələri bu günədək mənfi olub:

"Bu gün COVİD-19 testinin nəticəsi müsbət oldu və bu səbəbdən mən karantindəyəm".

Qeyd edək ki, son bir neçə gün ərzində Ağ Evdə koronavirusa yoluxma hallarında artım qeydə alınıb.