Qırğızıstanın paytaxtı Bişkekin mərkəzi meydanına toplanmış etirazçılar prezident Sooronbay Jeenbekovun impiçmentini tələb edirlər.

Unikal.org xəbər verir ki, bu barədə RİA “Novosti”nin bölgə müxbiri yazıb. 

Bildirilir ki, “Ala-Too” meydanına təxminən 400 nəfər toplaşıb. Onlar prezidentin “xalqına xəyanət etdiyini” deyirlər, dövlət başçısının impiçmentini və köhnə siyasətçilərin istefa vermələrini tələb edirlər.

Etirazçılar yeni Baş nazir Sadır Japarovu tanımadıqlarını bldirirlər.

Çərşənbə axşamı respublika parlamentinin mətbuat xidməti Qırğızıstanın yeni baş nazirin koloniyadan azad edilən müxalifət lideri Japarovun olduğunu deyib.

Xatırladaq ki, Bişkekdə bazar ertəsi Ala-Too mərkəzi meydanında parlamentə keçməyən partiyaların tərəfdarları olan iki minə yaxın insan toplanıb. Onlar seçkilərin nəticələrini ləğv etməyi və qanunverici məclisə yeni seçkilərin keçirilməsini tələb ediblər. Gecə isə Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar. Nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi və keçmiş baş nazir Jantor Satıbaldiyevi azad ediblər.