Rusiyanın Ryazan vilayətinin Skoinsk rayonunda keçmiş hərbi hissədəki silah-sursat anbarında partlayış olub.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.

Dağıntılar, itkilər və yaralılar barədə məlumat yayılmayıb.

Hadisənin səbəbi araşdırılır.