21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Unikal.org xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiki kollektiv Slovakiyadan olan həmyaşıdları ilə qarşılaşacaq. “Nitra” stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq.

Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsinin 2-ci qrupunda Fransa, Gürcüstan, İsveçrə, Slovakiya və Lixtenşteynlə mübarizə aparır. U-21 qrupda 6 xalla 4-cü sıradadır.

AÇ-2021, seçmə mərhələ

8 oktyabr

18:30 Slovakiya U-21 – Azərbaycan U-21
Slovakiya, “Nitra” stadionu