“Düşmən öz xalqına yalan danışır. Faktları saxtalaşdırır”.

Unikal.org məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu gün döyüş meydanında qələbə əldə edib: “Azərbaycan əsgər və zabiti yüksək mənəvi və psixoloji keyfiyyətlər göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpağımızı azad edirik. Döyüş gedən torpaqlar onlarınkı deyil. Onlar mövqeləri qoyub qaçırlar”.