Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevə qarşı sui-qəsd törədilib.

Unikal.org xəbər verir ki,bunu eks-prezidentin müşaviri Kunduz Joldubayeva deyib.

O bildirib ki, Bişkekdə davam edən etiraz aksiyası zamanı naməlum şəxslər A.Atambayevin olduğu avtomobili atəşə tutub. Onun xəsarət almadığı deyilir.

Hadisənin təfərrüatları barədə araşdırma başlayıb.