İran Azərbaycan və Ermənistanı atəşkəs rejiminə riayət etməyə, beynəlxalq hüquqlar çərçivəsində danışıqları bərpa etməyə və ərazi bütövlüyünə hörmət etməyə səsləyir.

Unikal.org İRNA-ya istinadla xəbər verir ki, bu barədə İran XİN-nin rəsmi nümayəndəsi Səid Hətibzadə bildirib.

“İran İslam Respublikası hər iki tərəfi dözümlülüyə səsləyir, həyati əhəmiyyətli infrastruktura, şəhərlərin dinc sakinlər olan hissələrinə raket hücumlarının edilməsini və mülki əhalinin öldürülməsini qınayır”, - deyə İranın xarici siyasət qurumunun mətbuat katibi bildirib.

Hətibzadə qurbanların ailələrinə başsağlığı da verib. O, həmçinin bölgədə davamlı sülhü bərpa etmək üçün İranın danışıqları sadələşdirməyə hazır olduğunu bildirib.