Avropa Liqasının qrup mərhələsində İsraildə “Makkabi” ilə qarşılaşacaq “Qarabağ” artıq Təl-Əvivdədir.

Unikal.org xəbər verir ki, Ağdam klubu sözügedən şəhərdə “Karabakh is Azerbaijan” şüarı ilə qarşılanıb.
Belə ki, təmzilçimizin məskunlaşdığı otelin qarşısında məhz bu pankart asılıb.
Qeyd edək ki, sabah keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.