Fransanın Havr limanındakı anbarların birində şiddətli partlayış baş verib.

Unikal.org  xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.

Məlumata görə, yanğının baş verdiyi ərazidə yaşayan insanların təxliyəsinə başlanılıb.

Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir. Hadisə zamanı ölən və yaralananlar barədə məlumat verilməyib.