I vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynova Qarabağ torpağı və Xarıbülbül toxumu hədiyyə edilib.

Unikal.org xəbər verir ki, bu barədə E.Hüseynov özü bildirib.

“Bu gün həyatımda ən gözəl hədiyyə aldım! Suqovuşanın torpağı və Xarıbülbülün toxumu! Çox təşəkkür edirəm, əziz dostum, Rüfət Abbasov! O gün uzaqda deyil! #Qarabağ Azərbaycandır!”- deyə E.Hüseynov qeyd edib.