Türkiyə Super Liqasında VIII tura start verilib.
 
Unikal.org xəbər verir ki, açılış matçı Qaziantepdə keçirilib.
 
Mövsümə qeyri-stabil nəticələrlə başlayan “Beşiktaş” “Qaziantep”in qonağı olub. Görüşdə hesabı fasilə ərəfəsində ev sahibləri açıb. İstanbul nəhəngi ikinci hissənin əvvəlində meydanda azlıqda qaldıqdan sonra bərabərlik topunu vursa da, bu nəticəni qoruya bilməyib. Çox keçmədən yenidən önə keçən qazianteplilər son saniyələrdə daha bir dəfə fərqlənərək qalib gəliblər.
 
Qeyd edək ki, turun digər oyunları noyabrın 7-8-də keçiriləcək.