"Sabahkı oyun çox vacibdir, amma biz hər oyuna vacib yanaşırıq. Yaxşı oynayıb qalib gəlməliyik, "Dinamo"ya qarşı oyundakı səhvləri etmək olmaz. Yaxşı məşq etmişik, tam hazırıq".

Unikal.org xəbər verir ki, bunu "Barselona"nn baş məşqçisi Ronald Kuman "Betis"lə oyun öncəsi mətbuat konfransında deyib.

"Məşqlərdə çalışırıq ki, cərimə meydançası kənarında zərbələr üzərində işləyək, amma biz oyunçuları bir günün içində dəyişə bilmərik. Oyundakı epizoddan asılıdır, hər bir oyunçu zərbə məsuliyyətini dərk etməlidir, çünki zərbə vurmasan, qol vurmayasan".

Qeyd edək ki, "Barselona" bu mövsüm özünün ən pis oyununu keçirir. Komanda hazırda La Liqada 8 xalla 12-ci pillədə qərarlaşıb.

"Barselona" - "Betis" matçı oktyabrın 7-si Bakı vaxtilə saat 19:15-də "Kamp Nou" stadionunda start götürəcək.