İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo zədələnib.

Unikal.org xəbər verir ki, bunu Turin təmsilçisinin baş məşqçisi Andrea Pirlo açıqlayıb.
 
O bildirib ki, portuqaliyalı hücumçunun “Latsio” ilə A seriyasının oyununda əvəzlənməsinə zədə səbəb olub. Ronaldonun durumuna tam müayinədən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, “Yuventus” “Latsio” ilə görüşdə qələbəni matçın sonlarında əldən verib – 1:1.