Azərbaycan millisinin Sloveniya ilə keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

Unikal.org UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Referi Ferents Karakoya Peter Kubor və İştvan Albert köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını isə sloveniyalı Devid Smayts yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 11-də baş tutacaq Sloveniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.