Türkiyənin “Beşiktaş” klubunun 4 üzvü koronavirusa yoluxub.
 
Unikal.org-
un  məlumatına görə, infeksiya üçün testi müsbət nəticə verənlərdən üçü futbolçudur.
 
Digər yoluxma klubun əməkdaşlarından birində aşkarlanıb. İstanbul təmsilçisi xəstəliyə tutulanların adlarını açıqlamayıb. Koronavirusa yoluxanlar karantinə alınıb.