COVID-19-un simptomlarına qarşı tətbiq olunan peyvənd virusun yayılmasına səbəb ola bilər.

Unikal.org “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, dünyadakı bütün insanlara vaksin vurularsa, təbii ki, belə bir problem olmaz. Amma ilkin mərhələdə azsaylı insanlara vurulan peyvənd bu insanları virusun daşıyıcısına çevirir və koronavirus bu yolla yayılmağa davam edə bilər.

Çünki istənilən vaksinasiya insan bədənində virusa qarşı immunitet yaratmaq üçün zərərsiz miqdarda virus hissəciklərinin bədənə yeridilməsinə əsaslanır. Beləliklə, insanın immun sistemi yad hissəciklərə qarşı mübarizəyə başlayır və virusa yoluxma baş verdikdə müqavimət qabiliyyəti yüksək olur.