Misirin Cənubi Sinay vilayətində helikopter qəzası baş verib. Hadisə nəticəsində 8 sülhməramlı əsgər həlak olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 6-sı ABŞ hərbçisi, digərləri Fransa və Çexiya vətəndaşlarıdır.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir.