ABŞ Administrasiyası Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Mayk Pompeonun yazılı bəyanatında bildirilib.

"ABŞ Ermənistanla Azərbaycan arasında aktiv hərbi əməliyyatların dayandırılmasını alqışlayır", - deyə bəyanatda qeyd olunub.