AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdir müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov akademiyanın Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.

Unikla.org xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.  

Qeyd olunub ki, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.