"Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında şəhid ailələri və qazilərə xüsusi diqqət göstərilir".

Bu fikirləri Unikal.org-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, şəhid və qazi ailələrinə qayğı dövlətin sosial siyasətində başlıca yerlərdən birini tutur:

"Bu diqqət konkret olaraq şəhid ailələri üçün evlərin tikilməsində, mənzillərin verilməsində, övladlarının təhsil haqqından azad edilərək bu vəsaitin dövlət büdcəsi hesabına ödənilməsində, qazilərimizin müalicə xərclərinin dövlət tərəfindən ödənilməsində və bir çox başqa məsələlərdə öz əksini tapır. Bir daha təsdiq olunur ki, dövlətimizin sosial siyasətində başlıca yerlərdən birini şəhid ailələri və onların övladlarına, qazilərimizə xüsusi qayğı tutur. Şəhid övladlarının təhsilin bütün pillələrində  təhsil haqqından azad edilib bu vəsaitin dövlət büdcəsi hesabına ödənilməsi xüsusi qayğının göstəricisidir".