Ermənistanın XİN başçısı Ara Ayvazyan Moskvaya səfər edəcək.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova məlumat verib. Zaxarovanın sözlərinə görə, səfər 7 dekabrda baş tutacaq.

Səfər zamanı bir sıra görüşlər keçiriləcək. Əsas müzakirə mövzusu regional problemlər və ikitərəfli münasibətlər olacaq. 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrası məsələləri də müzakirə ediləcək.