Türkiyədə PKK terror təşkilatının üzvlərinə qarşı yeni əməliyyat keçirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk polisinin keçirdiyi genişmiqyaslı əməliyyat İstanbul şəhərində olub.

Belə ki, İstanbulda terrorçuların yerləşdiyi bir neçə ünvan öncədən təsbit edilib. Eyni vaxtda bu ünvanların hamısına basqın həyata keçirilib və xeyli sayda terrorçu saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılanların dəqiq sayı barədə məlumat yoxdur. Araşdırmalar davam etdirilir.