Əgər ölkələr zəruri maliyyə ayırmasalar, dünya 2021-ci ildə son 75 ilin ən ağır humanitar böhranı ilə qarşılaşa bilər.

Unikal.org xəbər verir ki, bunu Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bizli BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında deyib.

Onun sözlərinə görə, son dörd ildə silahlı münaqişələr nəticəsində ölüm aclığı astanasında olan insanların sayı 80 milyondan 135 milyonadək artıb. COVID-19 səbəbindən bu rəqəm 270 milyona yüksəlib.

"Hazırkı mərhələdən baxanda 2021-ci il fəlakətli görünür. Lakin zəruri vəsait toplamaq mümkün olsa, qeyri-sabitliyin, aclıq və miqrasiyanın qarşısını almaq olar", - deyə Devid Bizli vurğulayıb.