Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəcamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Ağamir Əzizxan oğlu Sultanova

polkovnik Anar Təvəkkül oğlu Kərimova

polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə

polkovnik Zaur Sabir oğlu Məmmədova.