Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" sərəncam imzalayıb.

Unikal.org həmin zabitllərin kimliyini müəyyənləşdirib. Belə ki, general-mayor Ağamir Əzizxan oğlu Sultanov Raket Artileriya Qoşunlarının komandanıdır. General-mayor Anar Təvəkkül oğlu Kərimov Mühəndis İstehkam Qoşunlarının komandanıdır. General-mayor Namiq Sərəfruz oğlu İslamzadə Hərbi Hava Qüvvələrinin zabitidir. General-mayor Zaur Sabir oğlu Məmmədov Xüsusi Təyinatlı Qüvvələrin zabitidir.

Orxan Həsənli