Gürcüstanda qalmaqallı parlament seçkilərindən sonra hökumət formalaşdırılması prosesinə başlanılıb.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, hakim Gürcü Arzusu Partiyası yeni kabinəni yaxın zamanlarda parlament səsverməsinə təqdim edəcək.

Hazırki baş nazir Georgi Qaxariyanın yenidən baş nazir postuna namizəd olacağı açıqlanıb. Bu barədə hakim partiyanın icra katibi İrakli Kobaxidze mətbuat nümayəndələri ilə söhbətində bildirib.