Dövlət Sərhəd Xidmətində yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev  keçmiş müavini, general-leytenant Əfqan Nağıyevı özünə müşavir təyin edib.
Xatırladaq ki, Ə.Nağıyev 3 aydan az müddət həbsdə qaldıqdan sonra avqustun 8-də ev dustaqlığına buraxılmışdı. Sentyabr ayında isə onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Müharibə başlayandan sonra isə Əfqan Nağıyev general-leytenant kimi Sərhəd Qoşunları hərbi qulluqçuların komandiri kimi Füzuli və Hadrut uğrunda döyüşlərə rəhbərlik edib.
Ə.Nağıyev bu döyüşlərdə göstərdiyi şücaətə görə ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə  “Qarabağ” ordeni ilə təltif edilib.

Orxan Həsənli