Ermənistan mətbuatında baş nazir Nikol Paşinyana qarşı ittifaqın böyüdüyü və müxalifətdə əməkdaşlığın dərinləşdiyi xəbərləri yayılmağa davam edir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, "Hraparak" qəzeti bu mövzuda yeni məlumatlar əldə edib. Belə ki, Serj Sarkisyanın prezidentliyi dönəmində baş nazir postunu tutmuş Karen Karapetyan da birləşmiş müxalifət qüvvələrinin baş nazirliyə vahid namizədi Vazgen Manukyanla görüş keçirib.

Görüşdə K.Karapetyan V.Manukyanı dəstəklədiyini ifadə edib. Bildirilir ki, onların arasında şərti razılaşma əldə olunub. Karapetyan Manukyana lazım olan dəstək göstərməyi vəd edib. Yəqin ki, Vazgen Manukyanın uğur əldə edəcəyi təqdirdə Karen Karapetyana da hər hansı vəzifə verəcəyi bildirilir.

Həmçinin Vazgen Manukyanın digər keçmiş Ermənistan baş nazirləri - Qrant Baqratyan, Xosrov Harutunyan və Ovik Abramyanla da görüşlər keçiridiyi qeyd olunur. Onların da Nikol Paşinyana qarşı Vazgen Manukyanı dəstəklədiyi bildirilir.