Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 53 347 nəfər yoluxub.

Unikal.org-un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 781 799 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 770 nəfər ölüb, ölənlərin ümumi sayı 179 765 nəfər təşkil edir.