Ermənistanda etirazçılar Yerevan metropoliteninin bağlanmasına səbəb olub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, paytaxt Yerevanda aksiya keçirən etirazçıların bir qisminin "Qortsaranin" metrostansiyasına daxil olması və qatarların hərəkətinə əngəl olması stansiyanın qapadılması ilə nəticələnib.

Həmçinin stansiyalardan birində baş vermiş hadisə bütün metropolitenin fəaliyyətini iflic edib. 1 saatdan çox müddət ərzində Yerevan metropoliteni bağlı qalıb. Aksiyaçıların stansiyadan zor tətbiq edilərək kənarlaşdırıldığı bildirilir.